Biz kimik

AIS – Azərbaycan Respublikasının ərazi yurisdiksiyası çərçivəsində təsis edilmiş, 100% yerli özəl şirkətdir. Biz, 2010-cu ildə müxtəlif adlar altında fəaliyyət göstərən kiçik qruplarla inşaat bazarına daxil olmuşuq. Artan biznes tələblərinə görə, 2015-ci ilin noyabr ayında, biz bir damın altında tikinti və layihə idarəetməsi ilə bağlı müxtəlif sahələrdə fəaliyyət göstərən, yüksək motivasiyalı mütəxəssislərin peşəkarlığını və biliklərini “Advance Industrial Solutions LLC” adı altında bir araya gətirmək məqsədilə birləşmək və təsis olunmaq üçün yenidən birləşdik.

 

Bir vaxtlar Azərbaycanda təmir və bərpa şirkəti kimi fəaliyyətə başlayan AIS, sürətlə inkişaf edən şirkətə çevrilərək, bu yaxınlarda ISO 9001:2015 və OHSAS 18001:2007 sertifikatlarına layiq görülmüşdür. Biz öz xidmətlərimizi əhəmiyyətli dərəcədə genişləndirərək, sayılıb-seçilən brendə çevrilməyə müvəffəq olduq və bundan böyük qürur hissi keçiririk.

Bu gün biz öz nailiyyətlərimizlə fəxr edirik. Biz daşınmaz əmlak tikintisi ilə məşğul olan kiçik özəl layihələrdən, geniş miqyaslı sənaye layihələrinə qədər ən müxtəlif layihələrə cəlb olunmuşuq.

Biz daim öyrənən və maariflənən şirkətik. Bizim başlıca məqsədimiz, Müştərilərimizə qabaqcıl sənaye həllərinin təklif edilməsində öz peşəkar bacarıqlarımızı qoruyub saxlamaq və daim inkişaf etdirmək məqsədilə fəaliyyət göstərdiyimiz sənayenin və layihə idarəetməsi üzrə texnologiyaların ön sıralarında qalmaqdır.