Fəaliyyət sahələri
Quruda və dənizdə təbii neft-qaz resursları ilə zəngin olan Azərbaycan, iş adamları və sahibkarlara geniş imkanlar təqdim edən mükəmməl ölkədir. Tikinti işlərinin əksər qisminin neft kimyası sənayesi ilə əlaqəli olmasına baxmayaraq, son onillikdə ümumi inşaat sektorunda əhəmiyyətli dəyişikliklər baş verir. Buna mülki infrastruktur layihələri, tarixi abidələrin qorunması, söküntü və torpaq işləri, Bakının ətrafında uzun illər neftlə çirklənmiş torpaqların təmizlənməsi, mənzil təminatı proqramları və bir çox digər fəaliyyət növləri daxildir.
Biz öz fəaliyyətimiz genişləndirmək məqsədilə, aşağıdakı fəaliyyət sahələrində olmağı planlaşdırırıq:
- Mülki, yaşayış evlərinin tikintisi və infrastruktur (baş podratçı, tikinti şirkəti)
- Sənaye (neft kimyası) layihələri (baş podratçı, tikinti şirkəti)
- Ətraf mühitin mühafizəsi (yaşıllaşdırma üçün torpağın duzsuzlaşdırılması, PM)