Bizim xidmətlər
Layihənin idarə edilməsi
Bu, tikinti, təmir və bərpa, texniki xidmət və əməliyyatlarla bağlı layihələrdə əsas fəaliyyətimiz sayılır. Hər bir layihə texniki tələblər, çətinliklər, biznes seqmentləri və Müştərilərin tipi və digər amillərin birləşməsi baxımından özünə görə unikaldır. Biz aparıcı sənaye müəssisələrindən, fərdi əmlak və ya biznes sahiblərinə qədər müştərilərin ən müxtəlif tipi ilə işləyirik. Bu səbəbdən, bizim layihə menecerləri hər bir müştərinin tələblərini anlamaq və onların ehtiyaclarını və arzularını (ələlxüsus özəl sektorda çalışanların) iqtisadi baxımdan əlverişli layihələrə çevirməyi bacarırlar. Məhz buna görə də, Zaman, Keyfiyyət, Təhlükəsizlik, Ətraf Mühit və Xərclər bizim əsas dəyərlərdir.
Məsləhətçilik
Üçüncü tərəflərin layihələrinin tamamlanma sonrası qiymətləndirilməsi; burada müştərilər dəqiq layihə xərclərini təyin etmək istəyirlər. belə ki, buna əmlakın qiymətləndirilməsi daxil deyil. Təhlil və xərclərin qiymətləndirilməsi Layihə sənədləri və müştərilər tərəfindən təqdim edilmiş icraçı sənədlərə əsasən aparılır.
Tikinti
Müxtəlif növ ağır inşaat texnikasına və məşğulluq əsasları ilə işə götürülən çoxsaylı işçiyə malik olan AIS baş podratçı, subpodratçı və ya tərəfdaş qismində çoxsaylı tikinti layihələrində iştirak edib.
Xüsusi Texnikaların İcarəsi
Şirkətimizin sərəncamında xüsusi tikinti texnikalarının geniş parkı mövcuddur. Tikinti və inşaat işlərində xüsusi texnikaların icarəsi ilə bağlı etibarlı tərəfdaş qismində “Advanced İndustrial Solutions” MMC-yə müraciət edə bilərsiniz. Ətraflı məlumat üçün 051-244-39-20 nömrəsi ilə əlaqə saxlaya və ya seymur.maharramov@ais.com.az elektron ünvanına müraciət edə bilərsiniz. Texnikalarımıza aid videoçarxlara YouTube kanalımızda
baxa bilərsiniz.
Dizayn və memarlıq xidmətləri
Bizim əsas fəaliyyət dairəmiz olmasa da, şirkətimizin daxili memar və dizaynerləri müştərilərimizə ilkin layihələndirmədən inşaat çertyojlarına qədər geniş çeşidli xidmətlərlə təmin edir. Buna 3DMax və AutoCAD modelləşdirmə proqramları ilə bütövlükdə bina, interyer və eksteryer görüntüləri, ümumi ərazi planı, landşaft dizaynı ilə bağlı layihələr daxildir. Bütün bunlar müəllif nəzarəti altında həyata keçirilir.