Layihələrimiz
AİS Azərbaycanın fərqli geoloji və iqlim şəraitlərinə malik müxtəlif region və bölgələrində, qışda -25°C temperaturun olduğu dağlıq ərazilərdən tutmuş, yayda isə +40°C temperaturun hökm sürdüyü düzənliklərdə bir çox fərqli layihələri uğurla həyata keçirib.
Biz aşağıdakı fəaliyyətləri idarə edirik:
Binalar və zavodların inşası;
Suvarma, drenaj və su təchizatı sistemlərinin quraşdırılması;
Mühəndislik sistemlərinin quraşdırılması (elektrik, mexaniki işlər və boru çəkilişi)
Topoloji və geoloji araşdırmalar
Layihə üzrə xərclərin sənədləşdirilməsinə (GAP analizi)
Mövcud binaların texniki xidmət işləri və əməliyyatlarının idarə edilməsi
Sənaye layihələri:
Beton zavodunun layihələndirilməsi və tikintisi
Azot gübrəsi-Karbamid istehsalı Layihəsinin paya işləri ;
Azot gübrəsi-Karbamid istehsalı Layihəsinin torpaq işləri ;
Neft terminalının tikintisi (neftdoldurma platformalı dəmiryolu terminalı), o cümlədən dəmiryolu inşasının idarə edilməsi;
Sumqayıtda Müvəqqəti Bina və Avadanlıqlar Layihəsində Layihə İdarəetməsi
Zavod üçüm əsas özül bloklarının tikintisi;
Torpaq işləri (torpağın kütləvi şəkildə yerinin dəyişdirilməsi, torpaq səthinin düzləndirilməsi və torpaqdoldurma işləri)
Elektrik kabeli və müvəqqəti yarımstansiya və tamamlama işləri layihəsi
Azot Qurğusunun mülki inşaat işləri (yeraltı kommunikasiya xətlərinin axtarılması, qazma, torpaqdoldurma, düzləndirmə, sıxışdırılma, utilizasiya)
Yaşayış evlərinin inşası:
Azərbaycanın müxtəlif regionlarında yaşayış evlərinin tikintisi üzrə kompleks proqramlar
Yaşayış binalarının tikintisi layihələri ilə bağlı layihələrin idarə edilməsi və müqavilələrin idarə edilməsi
Ətraf mühit:
Ətraf mühitin mühafizəsi layihəsi – torpağın duzsuzlaşdırılması və kənd təsərrüfatı işləri üçün istifadəsi üçün yarımsəhra ərazinin müxtəlif torpaq sahələrində suvarma və su təchizatı sistemlərinin quraşdırılması
Mülki layihələr:
Bakı və onun ətrafında supermarketlər şəbəkəsinin layihələndirilməsi və inşası
Xəzər dənizinin sahilində Su Parkının bərpası və təkrar layihələndirilməsi (mülki inşaat, təchizat və tamamlama işləri, su sistemləri)
Ticarət mərkəzlərində və digər ayrıca tikililərdə yüksək səviyyəli eksklüziv kinoteatrlar üçün layihələndirmə, təchizat və tamamlama, habelə quraşdırma işləri
Bakı yaxınlığında özəl sağlamlıq mərkəzində süni göllərin və bütün köməkçi sistemlərin quraşdırılması (tikinti və idarəetmə)
Şəhərin mərkəzində mövcud yaşayış binalarının təkrar layihələndirilməsi və təkmilləşdirilməsi