İşçi heyəti
Şirkətimizdə mahiyyət və texniki mürəkkəblik baxımından fərqli olan bir çox layihələrin öhdəsindən uğurla gəlməyi bacaran yüksək motivasiyalı və entuziast işçi heyəti çalışır. İşçilərimizin geniş “bacarıqlar dairəsi” aşağıdakıları əhatə edir:
SƏTƏMM (HSE)
tikinti riskləri və ətraf mühitlə bağlı təsirləri proqnozlaşdırmaq üçün bu sahədə geniş biliklərə və təcrübəyə malik olan peşəkarlar;
Mühəndislər
yüksək ixtisaslı mülki mühəndislər, mühəndis mexaniklər və mühəndis elektromexaniklər. “M” və “R” sinifli yolların layihələndirilməsi və inşası üzrə böyük təcrübəyə malikdirlər;
Memarlar
interyer və eksteryer dizaynı və tikinti layihələrinin texniki baxımdan mümkünlüyünün qiymətləndirilməsi, 3D modelləşdirmə və renderinq üzrə mütəxəssislər;
Maliyyə
maliyyə və mühasibatlıq, maliyyə hesabatları, səhm sahibləri üçün maliyyə bəyanatları, korporativ cash-flow dövriyyəsi üzrə geniş biliklər;
Layihə menecerləri
5 ildən 20 ilə kimi təcrübəsinə malik olmaqla yanaşı, Mərkəzi Asiya, Orta Şərq və MDB ölkələrində orta və geniş miqyaslı tikinti layihələri, o cümlədən təmir, drenaj, su sistemləri, texniki xidmət və əməliyyatlarda fəaliyyət göstəriblər;
Kommersiya/Müqavilələr (QS)
Birləşmiş Krallıqda təhsil almış, 20 ildən çox iş təcrübəsinə malik mühəndis-smetaçılar, müqavilə menecerləri, layihələrə nəzarət;
Satınalmalar və çatdırılmaların idarə edilməsi
Qərbdə təhsil almış, bütün növ layihələrlə əlaqəli maddi-texniki təchizat fəaliyyətlərinin məharətlə idarə edilməsində böyük təcrübəyə malik təchizat mütəxəssisləri;
Hüquq
biznes fəaliyyətlərinin yerli qanunlara uyğunlaşdırılmasına şirkətdaxili hüquq müşaviri